İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI

İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI
İqtisadiyyat 441
Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb.Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, sərnişin sıxlığı ən çox qərb istiqamətində müşahidə olunub:"2019-cu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1 milyon 896,2 min nəfər sərnişin daşınıb ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünə nisbətən (1 milyon 545,5 min nəfər) 350,7 min nəfər sərnişin və ya 22,7% çox təşkil edib.Bu ilin iyul ayı ərzində isə dəmir yolu ilə yerli istiqamətdə 77523, beynəlxalq istiqamətdə 15847, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 19226 və Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə 157427 nəfər sərnişin daşınıb".

Son xəbərlər