Vüsal Qurbanov: "Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsi artıq hazırlanıb".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, əsas məqsəd dövlət üçün katastrofik risklərin yaratdığı fiskal yükün azaldılmasıdır:
"Bu sistemi tətbiq etməklə, katastrofik riskləri sığorta şirkətlərinə və bütövlükdə sığorta sektoruna transfer edəcəyik. Buraya müntəzəm baş verən sosial risklər də daxildir. O cümlədən yanğın və partlayış kimi risklər bu çərçivədə nəzərdə tutulub. Əsas hədəf həm də katastrofik təhlükələrin nəticələrinin qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, belə risklərin sığortası özlüyündə spesifik xarakter daşıyır".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...