Vergi güzəştlərinin 10 il müddətinə tətbiqinə başlanıldı - Nazir müavini danışdı
Fevralın 6-da Bakı şəhərində "Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri" mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsinin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqidir.
BAKU.WS-in məlumtına görə, tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov ölkədə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib.
O qeyd edib ki, 2022-2025-ci illər üzrə orta illik artım tempi sosial-iqtisadi inkişaf Strategiyasında müəyyən olunmuş 5%-lik hədəfi üstələyərək 5,6% təşkil edib:
"Son illərdə qeyri-neft sektorunun inkişafı və vergi islahatları nəticəsində ölkənin fiskal dayanıqlığı güclənib, strateji valyuta ehtiyatları 85 milyard ABŞ dollarını ötüb.
Dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar və suverenliyimizin tam bərpası ölkənin iqtisadi inkişafı üçün yeni imkan və çağırışlar müəyyən edir. Bu fonda Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvan Muxtar Respublikası üçün xüsusi imkanlar açacaq. Son illərin sosial-iqtisadi göstəriciləri muxtar respublikasının iqtisadi aktivliyinin artdığını nümayiş etdirir.
Dövlətin sahibkarlara göstərdiyi dəstəyin daha da gücləndirilməsi məqsədilə Naxçıvanda da vergi güzəştlərinin 10 il müddətinə tətbiqinə başlanılıb. Yaradılmış şərait Naxçıvanın iqtisadi potensialının reallaşdırılmasına və sosial rifahın yaxşılaşmasına gətirib çıxaracaq".
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialının artdığını, son illərdə regionda sahibkarlıq mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib:
O əlavə edib ki, 2025-ci ildə muxtar respublikada büdcəyə vergi daxilolmaları 260 milyon manatdan çox olub, daxilolmaların 70 faizdən artıq hissəsi qeyri-dövlət sektorunun payına düşüb:
"2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiq edilən vergi güzəştlərinin mənfəət və gəlir vergisini, əmlak və torpaq vergisini, sadələşdirilmiş vergini, dividend gəlirlərini, eləcə də idxalda əlavə dəyər vergisini əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, güzəştlər regionda investisiya qoyuluşunun stimullaşdırılmasına xidmət edir".
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % azalaraq 69,77 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...