Türkiyə 7 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub

Türkiyə 7 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub
İqtisadiyyat 26

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azərbaycandan qaz ixracının ümumi həcmində Türkiyənin payı 40,2 % təşkil edib. Hesabat dövründə Azərbaycan 5 milyard 269,1 milyon ABŞ dolları (artım 10,8 %) dəyərində 14 milyard 409,69 milyon kubmetrdən çox qaz (+4,1 %) ixrac edib.

Altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə ilk üçlüyə Türkiyə, İtaliya və Gürcüstan daxil olub.

Türkiyə 1 milyard 594,6 milyon ABŞ dolları (-12,1 %) dəyərində 5 milyard 791,6 milyon kubmetrdən çox qaz (-0,7 %) idxal etməklə lider olub.

İtaliya 37,7 % payla ikinci yeri tutub. Bu ilin yanvar-iyul aylarında bu ölkəyə 2 milyard 743,65 milyon ABŞ dolları (+19,9 %) dəyərində 5 milyard 433,78 milyon kubmetrdən çox qaz (-6,3 %) tədarük edilib.

Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yeri 9,9 % payla Gürcüstan tutub. Hesabat dövründə Gürcüstana 159,56 milyon ABŞ dolları dəyərində (+1,5 dəfə) 1 milyard 434,4 milyon kubmetrdən çox qaz (+2,3 dəfə) tədarük edilib.

Son xəbərlər