Turizm sektorunun pandemiya üzündən çəkdiyi zərər hesablanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyası üzündən dünyada səyahətlərin məhdudlaşdırılması nəticəsində cari ilin 10 ayı ərzində turizm sektoruna bütövlükdə 935 milyard ABŞ dolları məbləğində zərər dəyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatından (UNWTO) bildirilib.
Məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində turizm infrastrukturunun qəbul etdiyi əcnəbi turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 900 milyon nəfər az olub. Nəticədə turizm sektorunun 1990-cı il səviyyəsinə qayıtdığı qeyd olunub.
Cari ilin yekununda beynəlxalq turistlərin sayının 70-75 faiz azalacağı gözlənilir. Bu da 1,1 trilyon ABŞ dolları həcmində maliyyə itkiləri deməkdir.
Oxşar xəbərlər
Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzl...