"Trendyol Group" ötən gün Azərbaycanda ilk ofisini açıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Trendyol Group" ötən gün Azərbaycanda ilk ofisini açıb.
BAKU.WS xəbər verir ki, bunu "Trendyol Group"-un baş direktoru Erdem İnan "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.
"Bu bizim üçün gələcək potensialın böyük imkanıdır. Biz "Trendyol olaraq burda investisiya edirik. Texnologiyaların, innovasiyanın gələcəyini yaradırıq", -deyə o qeyd edib.
Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...