Tramp prezident seçildikdən sonra bu ölkənin milli valyutası çökdü
ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Meksikanın milli valyutası kəskin ucuzlaşıb.
BAKU.WS-in məlumatına görə, Meksika pesosu dollar qarşısında 10.9% dəyər itirib.
Bununla yanaşı neftin bir barelinin qiyməti 44 dollar səviyyəsinə qədər enib. Qızıl isə təxminən 5% bahalaşıb.
Dollar inkişaf etmiş ölkə pul vahidləri və əmtəələr qarşısında ucuzlaşıb. İnkişaf etməkdə olan ölkələrin pul vahidləri isə kəskin dəyər itirib.
"Samsung Futures Inc." əmtəə analitiki Honq Sunq Ki Trampın prezident seçilməsinin neftin qiymətinə mənfi təsir edəcəyini bildirib. Onun sözlərinə görə, neft qiymətləri çökəcək: "Əgər belə davam etsə, təsiri Brexitdən daha böyük olacaq. Bazarın etibarlı aktivlərə yönlənməsi daha güclü olacaq".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dollar bütün dünyada bahalaşmağa başladı
Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub. BAKU.WS-in məlumatına görə, Avropa Mərkəz...