Televiziyalar 4 000 manat cərimələnə bilərlər - SƏBƏB

19
yan
2023
13:15
Büdcədən maliyyələşən televiziyalar auditoriya həcminin reytinqini müəyyənləşdirməsə, 4 000 manat cərimələnəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcək.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Volkswagen Polo" - 4000 AZN - QİYMƏTLƏR
21 iyun 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 59 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...
