Tekfen şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
SOCAR-ın Baş ofisində Türkiyənin Tekfen şirkəti SOCAR Polymer şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalayıb.
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub.
Sənədi SOCAR Overseas şirkətinin direktoru Firudin Həsənov və Tekfen Holding idarə heyətinin sədri Murat Gigin imzalamışlar.
Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir.
“SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilmişdir.
“SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.
2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulmuşdur.
“SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilmişdir.
SOCAR Polimer layihəsinin ümumi investisiya dəyəri təxminən 816 milyon dollar (ƏDV daxil olmaqla) təşkil edir.
Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.
Oxşar xəbərlər
"SOCAR Polymer" havaya tüstü atılması ilə bağlı məsələyə aydınlıq gətirib
"Dekabrın 30-da "SOCAR Polymer" zavoduna elektrik enerji təminatının kəsilməsi nəticəsində zavodun məşəl qurğusundan atmosferə tüstünün atılması baş verib.Dərha...