TAP Albaniya dağlarını qət etdi

TAP Albaniya dağlarını qət etdi
İqtisadiyyat 608
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) Albaniyanın dağlıq ərazilərini qət edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu TAP-ın Albaniya üzrə meneceri Malfor Nuri deyib.O bildirib ki, TAP xarici investisiyaların həcmi baxımından Albaniyanın ən iri layihəsidir:“Biz fəxr edirik ki, çətinliklərin öhdəsindən gələrək boru kəmərini dəniz səviyyəsindən 2 min metr yüksəklikdən keçirə bilmişik”.Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Oxşar xəbərlər

TAP-ın inşasının 86,5%-i yekunlaşıb

TAP-ın inşasının 86,5%-i yekunlaşıb

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) tikinti işlərinin 86,5%-i yekunlaşıb.BAKU.WS “report”a istinadən xəbər ve...

433 İqtisadiyyat 17:29 24 aprel 2019

Son xəbərlər