SOCAR və "TotalEnergies" "Abşeron" yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondesat yatağının tammiqyaslı işlənməsini müzakirə edilib
BAKU.WS SOCAR-a istinadən xəbər verib ki, bumüzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyata keçirilən layihələrin icra vəziyyətini, o cümlədən "Abşeron" qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini və yatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdən keçiriblər.
Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda yanvarda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər. BAKU.WS Bakı şəhər...