SOCAR və "Tekfen"in birgə müəssisəsi maliyyə vəziyyətini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Azfen" MMC 2024-cü ili 25,915 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2023-cü ildən 11,466 milyon manat xalis mənfəətlə çıxmışdı.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən il "Azfen"nin müştərilərlə müqavilələrdən gəlirləri 75,217 milyon manat (əvvəlki ilə nisbətən 2,9 dəfə az), müqavilə xərcləri 98,881 milyon manat (49,5 % az), inzibati xərcləri 6,169 milyon manat (29,3 % az), məzənnə fərqindən zərəri 194 min manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 144 min manat (əvvəlki il zərər olub), sair zərəri 1,139 milyon manat (71,2 dəfə çox), sair əməliyyat gəliri 397 min manat (3,4 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 4,71 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Azfen"nin aktivləri 247,346 milyon manat olub ki, bu da illik müqayisədə 10,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 13,2 % azalaraq 21,73 milyon manata, balans kapitalı isə 10,3 % azalaraq 225,616 milyon manata düşüb.
Xatırladaq ki, "Azfen" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 277 min manatdır. Şirkətin səhmlərinin 60 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 40 %-i isə Türkiyənin "Tekfen İnşaat və Təsisat Anonim Şirkəti"nə məxsusdur.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...