SOCAR və İPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Independent Project Analysis, Inc." (IPA) arasında layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi imkanlarını nəzərdən keçirib.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və IPA şirkətinin prezidenti və baş icraçı direktoru Nekhil Mişra arasında keçirilən görüşdə aparılıb.
Görüşdə tərəflər həmçinin investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını araşdırıb. Habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək
Bu ilin doqquz ayında inflyasiyaya daxili və xarici amillər təsir edib, təhlillər növbəti ildə ortaillik inflyasiyanın proqnozlaşdırılan göstərici ətrafında ola...