SOCAR və "Gran Tierra Energy Inc." arasında saziş imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Azərbaycan Respublikasının Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
BAKU.WS xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65% iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...