SOCAR və "Baker Hughes" quyular üzrə rəqəmsallaşmanın aparılmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Baker Hughes" şirkəti arasında quyular üzrə rəqəmsallaşmanın aparılması müzakirə edilib.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf "Baker Hughes" şirkətinin neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşüb.
Görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişin əhəmiyyəti qeyd olunub, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...