SOCAR və "ACWA Power" yaşıl hidrogen istehsalı üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında yaşıl hidrogen istehsalı, dekarbonizasiya və dayanıqlı enerji həlləri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arcelli arasında görüş keçirilib.
Görüşdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Birgə əməkdaşlıqla həyata keçiriləcək layihələrin ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Almaniya Orta Dəhlizin imkanlarını araşdırmaq üçün Azərbaycana biznes-missiya göndərəcək
Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi ("NRW.Global Business") 29 iyun-3 iyul tarixlərində Azərbaycana və Qazaxıstana biznes-missiy...