SOCAR "Uzbekneftegaz" ilə Üstyurtda geoloji-kəşfiyyat layihəsi üzrə razılıq əldə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqlar əldə edilib.
Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və "Uzbekneftegaz"ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.
Söhbət zamanı SOCAR ilə "Uzbekneftegaz" arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...