SOCAR Türkiyə “Stevie Awards”dan “İlin şirkəti” mükafatını qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Stevie Awards” tərəfindən təşkil edilən 20-ci beynəlxalq biznes mükafatları çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" mükafat qazanıb.
Şirkətdən verilən açıqlamaya görə, “Socar Türkiye” “Çevik İş Modeli” tətbiqinə görə “Stevie Awards”ın “İlin Şirkəti” kateqoriyasında “Gümüş Stevie” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Stevie Awards” şirkətlərin korporativ performanslarının və innovativ təcrübələrinin qiymətləndirildiyi beynəlxalq mükafat platformasıdır. Bura 61 ölkədən 3700-dən çox şirkət müraciət etmişdi.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Ölkə başçısından Azərbaycan Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844...