SOCAR "SportFest" tədbirində tərəfdaş qismində iştirak edir

SOCAR 26 aprel - 26 iyul tarixlərində keçirilən "SportFest" tədbirində tərəfdaş qismində iştirak edir.
BAKU.WS xəbər verir ki, Avropa Oyunları parkında keçirilən tədbirlər çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR-ın təşəbbüsü ilə "Atalar və Övladlar" adlı mini futbol yarışı təşkil olunub. Yarışda SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları, onların 5–7 yaşlı övladları və "Neftçi" Futbol Klubunun qadın futbolçuları iştirak ediblər.
Əsas məqsədi ailə dəyərlərinə diqqət çəkmək və sağlam həyat tərzini təşviq etmək olan bu tədbirdə həm uşaqlar, həm də valideynlər komanda ruhunu hiss edərək birgə unudulmaz anlar yaşayıblar.
Həmçinin "SportFest" tədbiri çərçivəsində SOCAR-ın tərəfdaşlığı ilə "Əngəlsiz Dünya" layihəsi həyata keçirilir. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün idman və əyləncə proqramları təşkil edilir. Parkın ərazisində yaradılmış xüsusi zonada müxtəlif tədbirlər keçirilir.
Qalereya
Oxşar xəbərlər
Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Fondunun baş direktoru ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumunda iştirakı çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi...
