SOCAR Sloveniya şirkətləri ilə enerji əlaqələrini genişləndirmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniya şirkətləri ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Sloveniyanın "Petrol d.d." şirkətinin İdarə Heyətinin sədri Saso Berger və "Geoplin d.o.o." şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşdə aparılıb.
Görüşdə SOCAR ilə "Petrol d.d." və "Geoplin d.o.o." şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...