SOCAR rəsmisi: "Yüksək ESG reytinqli şirkət adi şirkətdən 30 % az borclanır"
Yeniliklərdən dərhal xəbərdar olun
Yüksək ekoloji, sosial və korporativ idarəetmə (ESG) reytinqi olan şirkətlər bu göstəricinin aşağı olduğu şirkətlərə nisbətən 30 % az borclanırlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ESG standartlarının tətbiqi şöbəsinin rəhbəri Tuncər Əsgərli Bakıda keçirilən "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" İşçi Qrupunun ESG standartları altqrupunun 2025-ci il üzrə ilk iclasında bildirib.
Onun sözlərinə görə, bu göstərici əslində yüksək ESG reytinqi olan şirkətlərin əhəmiyyətini artırır: "Bununla yanaşı, investorların cəlb edilməsi mövzusunda da böyük irəliləyişlər var. ESG ekosistemi çox fraqmentlidir. Ümumiyyətlə, şirkətlərin və korporasiyaların ən çox maraqlandığı məsələlər investisiya və əlaqələrdir".
SOCAR rəsmisi əlavə edib ki, bu, əsasən, menecerlər və pay sahibləri ilə bağlıdır: "Məlum olduğu kimi, böyük şirkətlər, məsələn, "BlackRock" ESG indekslərinə və yaxud ESG portfel analitiklərinə əsaslanaraq investisiya qərarlarını dəstəkləyirlər. Bu analizlər, hansı korporasiyaların daha böyük maliyyələrə cəlb ediləcəyini və hansılarının cəlb edilməyəcəyini müəyyən edən mexanizmlərdir".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...