SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, nümayəndə heyəti "Ümid" yatağında U-01A sualtı qiymətləndirmə quyusunda aparılan işlər və qurğunun texniki imkanları ilə yaxından tanış olub, qazma prosesini real vaxt rejimində izləyib.
Layihə çərçivəsində Xəzər hövzəsində ilk dəfə özüqalxan qazma qurğusu vasitəsilə dərin sualtı qiymətləndirmə quyusunun qazıldığı və "Ümid" yatağında 6 972 metr dərinliyə malik ən dərin quyunun uğurla tamamlandığı diqqətə çatdırılıb. Layihənin yüksək təhlükəsizlik standartlarına uyğun, vaxtından əvvəl və səmərəli şəkildə icra olunması xüsusi vurğulanıb.
Bununla yanaşı, "Neptun" qazma qurğusunda həyata keçirilən əməliyyatların ölkənin neft-qaz sənayesində texnoloji imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...