SOCAR Qvineya-Bisau ilə "yaşıl enerji" sahəsində əməkdaşlıq imkanlarını araşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qvineya-Bisau Respublikası ilə "yaşıl enerji" və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını araşdırır.
Bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Şirkət rəhbəri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qvineya-Bisau Respublikasının ətraf mühit naziri Viriato Kassami ilə görüşü olub: "Görüş zamanı "yaşıl enerji" və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını araşdırdıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub".
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...