SOCAR qlobal iqtisadi və enerji bazarları üzrə Çərçivə sənədi təqdim edib

SOCAR qlobal iqtisadi və enerji bazarları üzrə Çərçivə sənədi təqdim edib
Foto
İqtisadiyyat 72

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qrupu üçün qlobal iqtisadi və enerji bazarları üzrə gözləntiləri və əsas fərziyyələri əhatə edən Çərçivə sənədi təqdim edilib.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, sənədi şirkətin baş iqtisadçısı - prezidentin müşaviri Ramin Dənyarov təqdim edib.

Məlumata görə, SOCAR-ın seqment rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə qlobal iqtisadi proqnozlar, iqtisadi və enerji siyasəti mühiti, maliyyə və kapital bazarlarındakı tendensiyalar, neft-qaz sənayesindəki proseslər və ehtimal olunan risklər barədə geniş məlumat verilib.

Çərçivə sənədinin SOCAR-da strateji planlaşdırma, proqnozlaşdırma, maliyyə-büdcə modelləşdirməsi, risklərin idarə olunması və investisiya layihələrinin qiymətləndirilməsi sahələrində istinad mənbəyi kimi istifadəsi nəzərdə tutulur.

Son xəbərlər