“SOCAR New Energy” Ukrayna treyderləri ilə müqavilələr imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə təsis etdiyi “SOCAR New Energy” şirkəti Ukraynanın mayeləşdirilmiş neft qazı (LPG) tədarük edən şirkətləri ilə yeni avtomobil qazının tədarükü üçün TERM-müqavilələr imzalayıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Enkorr” saytına treyderlərin özləri bildiriblər.
“SOCAR New Energy” hər ay Ukraynaya 37 min ton LPG tədarük etmək niyyətindədir. Bütün həcmlər uzunmüddətli sazişlər rejimində satılıb.
Treyderlər bildirirlər ki, TERM-müqavilələr “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edib.
Məlumata görə, “SOCAR New Energy” OKKO, WOG, “Avtotrans”, “Nadejda”, “Eurogasgrupp” “BRSM-Nafta”, KLO və “SOCAR Ukraine” şirkətləri ilə uzunmüddətli müqavilələr imzalayıb. Müqavilələr 2021-ci ilin oktyabr ayına qədər qüvvədə olacaq.
Oxşar xəbərlər
Bu ay SOCAR Ukraynaya 1,5 min ton LPG tədarük edib
Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin...