SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse prezidentinin müavini Hikmət Abdullayev Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində deyib.
Onun sözlərinə görə, SOCAR metan emissiyalarının azaldılması istiqamətində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir: "Şirkətin əsas diqqət yetirdiyi istiqamətlərdən biri bazarda mövcud olan qabaqcıl texnologiyaların tətbiqidir. Metan emissiyalarının azaldılması sahəsində vacib mərhələlərdən biri emissiyalarla bağlı məlumatların keyfiyyətinin artırılmasıdır. Bu məqsədlə ölçmələr aparılır, tədqiqatlar həyata keçirilir və süni intellekt alətlərindən istifadə olunur. Ölçmə və məlumatların təsdiqlənməsi prosesindən sonra metan emissiyalarının azaldılması üzrə hədəflənmiş tədbirlər görülür".
SOCAR rəsmisinin sözlərinə görə, hazırkı mərhələdə metan emissiyalarının azaldılması şirkətin əsas prioritet istiqamətlərindən biridir: "Bu sahədə yeni texnologiyaların tətbiqi emissiyaların daha effektiv idarə olunmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə imkan yaradır".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...