SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil Corporation" şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə SOCAR ilə "ExxonMobil Corporation" arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanmasının mühüm tarixi hadisə olduğu vurğulanıb.
Söhbət zamanı şirkətlər arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Qalereya
Oxşar xəbərlər
MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mülkiyyətində olan qeyri-yaşayış sahələri və zirzəmilər hərraca çıxarılacaq. Əmlakların başlanğıc qiymətləri 1 milyon...