SOCAR-la ENOC şirkəti arasında əməkdaşlıq müzakirə edilib

22
iyl
2019
14:49
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, R.Abdullayev şirkətin həyata keçirdiyi yerli və beynəlxalaq layihələr haqqında ətraflı məlumat verib.Bildirilib ki, belə görüşlər yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında xüsusi rol oynaya bilər.ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayer səmimi qəbul üçün təşəkkür edib, SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd edib. Görüşdə SOCAR və ENOC şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə olunub.Görüşdən sonra qonaqlar SOCAR TOWER-dəki interaktiv neft muzeyi ilə tanış olublar.
Qalereya
Oxşar xəbərlər
“Fransız sahibkarlarla əlaqələrin daha da genişlənəcəyinə əminəm” - Rövnəq Abdullayev
SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 11-də Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayən...
