SOCAR Rusiyada neft emalı zavodunun alınması məsələsinə baxır

30
may
2019
11:25
SOCAR Rusyada Antipinskiy neft emalı zavodunun alınması məsələsinə baxır.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib."Hazırda bu məsələ üzrə işlər aparılır", - deyə R. Abdulllayev qeyd edib.Rusiya bazarının böyük olduğunu qeyd edən Rövnəq Abdullayev sözügedən ölkədə neft emalı zavodunun alınması sahəsində işlərin aparılmasını bildirib: "Hələ bu məsələ ilə bağlı bir nəticə əldə edilməyib".Qeyd edək ki, aprelin əvvəlində SOCAR-ın "New Stream"ın Antipinskiy neft emalı zavodunu və bir sıra neft yatağını satın ala bilməsi barədə məlumat yayılmışdı. SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən "Moqutovskoye", "Qremyaçevski" və "Vorontsovsk" neft yataqlarının bir hissəsinə sahib ola biləcəyi barədə deyilirdi. SOCAR "simvolik" məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcəyi bildirilirdi.

Oxşar xəbərlər
SOCAR-dan benzinlə bağlı açıqlama
2019-cu ilin birinci rübündə Azərbaycanda benzin istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb.BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata gör...