SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda istixana qazlarının emissiyasının azaldılması təmin olunub.
BAKU.WS xəbər verir ki, bunu SOCAR-ın törəmə müəssisəsi - "Caspian Innovation Center"in (CIC) Baş Məlumat Mütəxəssisi Azad Hüseynov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 5-ci günündə bildirib.
"SOCAR-da ENOM (Energy Network Optimizing Model) sistemindən istifadə edilir. Süni intellekt əsaslı bu sistem Karbamid Zavodunda tətbiq edilir. Səmərəlilik nöqteyi nəzərdən biz bunun çoxsaylı müsbət nəticələri görürük. Bunlardan ən vacibi odur ki, biz emisiyaları azaltmağa nail olduq. Daha dəqiq desək hər il 2 000 avtomobilin yaratdığı tullantı səviyyəsində azalma təmin olunub",- deyə o qeyd edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...