SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" Korporasiyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "Itochu"nun baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşdə aparılıb.
Görüşdə SOCAR ilə "Itochu" arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədi
Qazaxıstan Senatının bugünkü plenar iclasında Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerjinin istehsalı və nəqli üzrə strateji tərəfdaşlığına dair saziş...