SOCAR "Itochu" ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib

SOCAR Itochu ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib
Foto
İqtisadiyyat 29

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiyanın "Itochu" Korporasiyası ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "Itochu" Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə keçirdiyi görüşdə baş tutub.

Söhbət zamanı SOCAR ilə "Itochu" Korporasiyasının birgə iştirakı ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb. Tərəflər neft-qaz hasilatı və nəqli, enerji infrastrukturu, sənayedə müasir texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, aparılan səmərəli müzakirələrin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Bu xüsusda, cari ilin sentyabrında Tokio şəhərində keçirilən Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası məmnunluqla xatırlanıb.

Son xəbərlər