SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb

SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb
İqtisadiyyat 2

Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 118 min 695 tona yaxın aviasiya yanacağı (kerosin) istehsal edib.

BAKU.WS report-a istinadən xəbər veir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumu (EPDK) məlumat yayıb.

Bildirilir ki, bu, 2025-ci ilin iyun ayı ilə müqayisədə 60 min 026 ton və ya 33,6 % azdır.

Ümumilikdə, bu ilin iyun ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 583 min 385 tondan çox avisiya yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 42 min 175 ton və ya 6,7 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər