SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə ilk Hüquq və Uyğunluq Forumu keçirilib.
BAKU.WS şirkətə istinadən xəbər verir ki, SOCAR Qrupun müxtəlif ölkələrdə fəaliyyət göstərən hüquq və uyğunluq üzrə mütəxəssislərinin, habelə aparıcı beynəlxalq hüquq şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Forum bilik və təcrübə mübadiləsi aparmaq, bu xüsusda yeni yaranan hüquqi riskləri müzakirə etmək məqsədi daşıyıb.
Hüquq və Uyğunluq Forumu çərçivəsində "Beynəlxalq arbitraj mübahisələri", "Korrupsiya və qlobal enerji sektoru", "Biznes mühitində hüquqi çətinliklər" mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə digər ölkələrdə çalışan SOCAR Qrup müəssisələri arasında vahid komanda ruhunun gücləndirilməsi və sürətlə dəyişən qlobal mühitin çağırışlarına cavab vermək üçün əməkdaşlıq prinsiplərinin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Tədbirdə, SOCAR-ın Qrup üzrə fəaliyyətində uyğunluq mədəniyyətinin təbliği çərçivəsində hüquqi tələblər, etik dəyərlər, şəffaflıq və ən yüksək idarəetmə standartlarını rəhbər tutduğu bir daha vurğulanıb. SOCAR tərəfindən bu cür hüquq və uyğunluq forumlarının illik əsaslarla keçirilməsi planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...