SOCAR-ın prezidenti "DeGolyer and MacNaughton" şirkətinin sədri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 14-də SOCAR-ın prezidenti Rövşən Nəcəf "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Söhbət zamanı SOCAR-ın strateji hədəflərinə uyğun olaraq, həyata keçirdiyi layihələr, əldə olunan nəticələr barədə qarşı tərəfə məlumat verilib, həmçinin ehtiyatların qiymətləndirilməsi, innovativ texnologiyalar, rəqəmsallaşma istiqamətlərində yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...