SOCAR-ın Pakistandakı layihələrdə iştirakı imkanları müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf və Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı ölkələr arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilmə müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
"Bitcoin"dən yeni qiymət rekordu – 111 min dolları keçdi
Kriptovalyuta bazarında tarixi hadisə baş verib – dünyanın ən populyar rəqəmsal valyutası olan "Bitcoin" bu gün – 22 may 2025-ci il tarixində özünün tarixi maks...
