SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib

SOCAR-ın Methane AI proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib
İqtisadiyyat 5

Regional tərəfdaşlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı metanın monitorinqi üzrə süni intellekt əsaslı həllin tətbiqinə maraq göstərir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Ətraf mühitlə bağlı məlumatların açıqlanması və yaşıl təşəbbüslər Departamentinin rəhbəri Mustafa Qurbanlı "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" tədbir çərçivəsində keçirilən panel müzakirədə bildirib.

M.Qurbanlı qeyd edib ki, SOCAR süni intellekt texnologiyalarını özünün korporativ dekarbonizasiya proqramına inteqrasiya edib:

"Xüsusilə SOCAR-ın mütəxəssisləri metan emissiyalarının izlənilməsi və azaldılmasına yönəlmiş "Methane AI" proqram təminatını yaradıblar. "Methane AI" sistemi emissiyalar sahəsində prioritetləri müəyyən etmək və potensial riskləri proqnozlaşdırmaq üçün məlumatları yükləməyə imkan verir. Bu, bizim özümüzün hazırladığı məhsuldur və onu artıq regional tərəfdaşlarımıza nümayiş etdirmişik. Məhsul böyük marağa səbəb olub və hazırda onun gələcək inkişafı və regiondakı həmkarlarımızla birgə tətbiqinin təşkili ilə məşğuluq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər