SOCAR-ın istifadəsiz quyuları karbonun saxlanılması üçün istifadə edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) çoxlu sayda tükənmiş və hasilatı başa çatmış neft və qaz quyuları gələcəkdə karbonun saxlanılması ("carbon storage") kimi layihələrdə istifadə edilə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın külək və günəş enerjisi üzrə eksperti Elçin Tarquliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.
Onun sözlərinə görə, bu quyular artıq hasilat üçün istifadə olunmur: "Onları karbon anbarı kimi istifadə edilə bilər, müxtəlif şirkətlər üçün, istər Azərbaycanda, istərsə də xaricdə, bu quyularda karbon saxlaya bilərik. Amma bunların hamısı hələ daha çox tədqiqat mərhələsindədir".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...