SOCAR-ın idarəsinin qeyri-neft ixracından 303 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 302,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 2,26 % azdır.
Xatırladaq ki, 9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Dövlət müəssisələri xalis mənfəətinin azı 30 %-ni dividend kimi büdcəyə ödəyəcək
Maliyyə Nazirliyi Prezident İlham Əliyevin bu gün dövlət müəssisələri ilə bağlı imzaladığı fərmanı şərh edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazirl...