SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 211,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk yarım ili ilə müqayisədə 25,7 milyon ABŞ dolları və ya 13,8 % çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Sahil Babayev: "Son 5 ildə qeyri-neft-qaz ÜDM-i nominal olaraq 63 % artıb"
Son 5 ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 63 % artıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə...