SOCAR-ın İdarəsi bu il qeyri-neft ixracından qazancını 36% artırıb

SOCAR-ın İdarəsi bu il qeyri-neft ixracından qazancını 36% artırıb
İqtisadiyyat 72

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 32,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 8,6 milyon ABŞ dolları və yaxud 36,4% çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 23,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər