SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verilib
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-ci il üzrə büdcəsi və borc öhdəliklərinin idarə edilməsinə dair məsələlər, həmçinin 2025-ci ildə dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub.
Müzakirələrin nəticəsində dividend ödənişi məqbul hesab edilib və müəyyən edilmiş hədəflər istiqamətində şirkətin 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verilib.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...