SOCAR ilə "Yokogawa Europe B.V." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri Anar Məmmədovun və Babək Hüseynovun iştirakı ilə "Yokogawa Europe B.V." şirkətinin prezidenti, "Yokogawa Electric Corporation"ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə görüş keçirilib.
Görüşdə ötən ilin sentyabrında Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrası istiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.
Söhbət zamanı tərəflər SOCAR ilə "Yokogawa Europe B.V." şirkəti arasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətləri nəzərdən keçirib, o cümlədən "downstream" və "upstream" sahələrində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
Görüş çərçivəsində tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Qalereya
Oxşar xəbərlər
Dünyada qızılın qiyməti AZALIB
Dünyada qızıl qiymətləri son günlərdə azalma meyli göstərir. BAKU.WS xəbər verir ki, bir unsiya (təxminən 31,1 qram) qızıl təxminən 4 680 dollar səviyyəsində s...