SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan "Tree Energy Solutions" (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Sənədə əsasən, TES-in regionda qabaqcıl modul texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və SOCAR-ın geniş enerji təcrübəsi ölkəmizdə e-NG istehsalı üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanda istehsal olunan e-NG-nin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mümkündür.
Oxşar xəbərlər
ARDNF ötən il "Şahdəniz"in işlənməsindən gəlirlərini açıqlayıb
2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 958,8 milyon manat gəlir əld...