SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin Milli Dəniz Neft Korporasiyası (CNOOC) arasında Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, Anlaşma Memorandumu bu gün Azərbaycan şirkətinin prezidenti Rövşən Nəcəf və CNOOC-nin) sədri Canq Şanczyan ilə görüş çərçivəsində imzalanıb.
Söhbət zamanı tərəflər dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, neft emalı, neft-kimya sahələrində investisiya imkanlarını, beynəlxalq ticarət üzrə əməkdaşlıq fürsətlərini, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Sənəd Azərbaycanda və digər ölkələrdə birgə "upstream" layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.
Qalereya
Oxşar xəbərlər
SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin"Comstock Resources, Inc." şirkəti strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalayıb. BAK...