SOCAR-dan “Ümid” yatağı ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.
Bu barədə BAKU.WS-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir:
“Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, 2009-cu ildə SOCAR Xəzərin Azərbaycan sektorunda, “Ümid” strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlayıb və 2010-cu ilin noyabrında “Ümid” nəhəng qaz-kondensat yatağı kəşf edilib.
“Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.
Oxşar xəbərlər
Azərbaycanda bu ilin 9 ayında neft-qaz hasilatına dair statistika açıqlanıb
2020-ci ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. BAKU.WS Energetika Na...