SOCAR-dan əməliyyat mükəmməlliyi və təkmilləşməyə töhfə verəcək platforma
Yeniliklərdən dərhal xəbərdar olun
"Quality & Document Management System" (QDMS) platforması "Kompleks qazma işləri" trestində uğurla istifadəyə verilib.
Bu barədə SOCAR-ın "Kompleks Qazma İşləri Tresti" xəbər verib.
Bildirilib ki, bu platforma SOCAR üzrə rəqəmsal keyfiyyət idarəetməsi yol xəritəsinin bir hissəsi olacaq.
Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət mexanizmlərinin şəffaf, izlənəbilən, standartlara uyğun şəkildə idarə olunmasını təmin edir.
Qeyd edilib ki, növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli şəkildə genişləndiriləcək. Bu cür platformaların tətbiqi SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...