"SOCAR-Dalğıc" və ADY dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə top10-a daxil olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (211,6 milyon ABŞ dolları) məxsus olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (129 milyon ABŞ dolları), "AzerGold" QSC (100,3 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (67 milyon ABŞ dolları), SOCAR-ın Qaz İxrac İdarəsi (34,5 milyon ABŞ dolları), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (19,4 milyon ABŞ dolları), "SOCAR-Dalğıc" MMC (1,9 milyon ABŞ dolları), "Azərbaycan Dəmir Yolları" QSC (ADY, 1,5 milyon ABŞ dolları), Prezidentin İşlər İdarəsinin tabeliyindəki "İstisu Mineral Su Zavodu" MMC (562,4 min ABŞ dolları) və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (423,1 min ABŞ dolları) qərarlaşıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...