SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
SOCAR-ın baş ofisində "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, tədbirdə SOCAR-ın məsul şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və 22 qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar SOCAR-ın baş ofisində Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Sosial məsuliyyət departamentinin rəis müavini Mirsahib Musayev departamentin fəaliyyətindən, qarşıya qoyulan hədəflərdən, o cümlədən vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib.
İstedadların idarəedilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Mahal Mehdiyev tədbirdə çıxış edərək, SOCAR-da işə qəbul prosesi barədə məlumat verib. Mahal Mehdiyev SOCAR-da işə qəbulun Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq? müsabiqə yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra SOCAR-ın Biznes etikası və antikorrupsiya şöbəsinin rəisi Teymur Əliyev şirkətin yeni "Biznes etikası və davranış" kodeksindən bəhs edən təqdimatla çıxış edib.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Bu şəxslərə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misl...