SOCAR-da işləyənlərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın işçilərinin və şirkətin struktur bölmələrinin sayı açıqlanıb.
BAKU.WS şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ına istinadla xəbər verir ki, Azərbaycanın ən böyük şirkəti olan SOCAR ölkədə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin neft, qaz və neft-kimya məhsullarının daxili və xarici bazarlarda satışını həyata keçirməklə və 51 min 695 (2018-ci ildə 51 min 125) insanı iş ilə təmin etməklə ölkənin davamlı iqtisadiyyatında olduqca mühüm yer tutur.
2019-cu ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 5 zavod, 2 trest və bir institut daxil olmaqla 27 struktur bölməsi fəaliyyət göstərib. Eyni zamanda, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda hasilatın pay bölgüsü sazişləri üzrə tərəfdaşdır.
Oxşar xəbərlər
OPEC+ çərçivəsində hasilatın azaldılması tədbirlərinin icrası SOCAR-a tapşırılıb
Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neft...